"Hökumət ucuz manatla öz büdcə öhdəliklərini qarşılamaq istəyir"

"Ölkədə liberal iqtisadi sistemin ən vacib baza elementləri, ələlxüsus azad sahibkarlıq, rəqabətli bank sektoru, ən çeşidli alətləri özündə birləşdirlən maliyyə bazarları, dayanıqlı makroqitisadi sabitliyə təminat verən tarazlaşdırlmış tədiyyə balansı, diversifikasiya olunmuş və valyuta bazarının tələbatının heç olmazsa üçdə birini ödəyən qeyri-resurs iqtisadiyyatı yoxdur". "Yeniavaz.com" xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev bildirib. İqtisadşı-ekspert Rövşən Ağayev bu fikri Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini Aftandil Babayevin bu gün mətbuata verdiyi açıqlamaya münasibət bildirərkən qeyd edib. Onu da bildirək ki, Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini mətbuata açıqlamasında liberal məzənnə sisteminə keçdiklərindən və bunun üstünlüklərindən bəhs edib. Rövşən Ağayev isə bildirir ki, bu yanlış siyasətdir, heç bir investror, bank indiki qeyri-sabit, qeyri-müəyyən məzənnə rejimində yığımlarını invesitisya kimi iqtisadiyyata yönəltməyəcək: "Nəticədə iqtisadi fəallıq daha kəskin azalacaq, böhran daha da sərtləşəcək. Sərbəst üzən məzənnə rejiminə keçid o şəraitdə iqtisadiyyatda katakilizmlər yaratmır ki, tədiyyə balansının ümumi saldosu tarazlıq nöqtəsinə yaxın olur, yaxud hökumət qısa müddətdə əmtəə və xidmət ixracının, ölkəyə kapital gəlişinin artımı hesabına təmin edir. Ölkədə yeni məzənnə rejiminə uyğun sosial siyasət mexanizmləri formalaşdırılmayıb, qiymətlərin qısa müddətdə kəskin dəyişilməsinə reaksiya verən gəlir indeksiyası mexanizmi mövcud deyil. Açığı deyim ki, indi valyuta bazarında baş verənlər sərbəst üzən məzənnə rejiminə keçiddən daha çox, hökumətin ucuz manatla öz büdcə öhdəliklərini daha az valyta ehtiyatları hesabına qarşılamaq təşəbbüsünə daha çox oxşayır".

DİGƏR XƏBƏRLƏR

Top