Bakı MDB-də Rusiyalı turistlərin ən çox səfər etdiyi 2-ci şəhərdir

MDB və region ölkələri arasında Rusiyalı turistlərin ən çox səfər etdiyi şəhərlərin sıralamasında Bakı 3-cü sırada qərarlaşıb. "Yeniavaz.com" xəbər verir ki, bu barədə "RoomGuru.ru" saytı məlumat yayıb. Hesablama otellərdə yerləşən turistlərin sayı əsasında aparılıb.

Qeyd edək ki, yanvar ayının 1-dən 8-dək dövrü əhatə edən araşdırmaya görə, Rusiyalı turistlər ən çox Belarusun paytaxtı Minskə səfər ediblər. İkinci sırada Gürcüstanın paytaxtı Tbilisi yer alır. Bakıdan sonra - 4-cü sırada isə Ermənistanın paytaxtı Yeravan qərarlaşıb. İlk 5-liyi isə Qazaxıstanın Almatı şəhəri tamamlayıb.

DİGƏR XƏBƏRLƏR

Top