Tanınmış ispan futbolçu karyerasını başa vurur

“Bavariya”nın yarımmüdafiəçisi Xabi Alonso mövsümün sonunda karyerasını başa vurmaq qərarına gəlib. “Yeniavaz.com”un “Sports.ru”ya istinadən verdiyi məlumata görə, 35 yaşlı xavbek bu barədə Münhen klubuna məlumat verib. X. Alonsi 18 ildir peşəkar səviyyədə çıxış edir, 1999-cu ildə “Real Sosyedad”ın tərkibində debüt edib. Karyerası ərzində iki dəfə Çempionlar Liqasını qazanıb, İspaniya millisi ilə dünya və Avropa çempionu (2 dəfə) olub.

DİGƏR XƏBƏRLƏR

Top