Şəkidə "Qeyri adi məhkəmə" olub

Bu gün Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrı artıq 106-cı dəfə "Qeyri adi məhkəmə" tamaşasını Şəkidə yerləşən cəzaçəkmə müəssisəsində növbəti dəfə nümayiş etdirib. Bu barədə saytımıza Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən məlumat verilib.

Məlumat üçün bildirək ki, maarifləndirici xarakter daşıyan "Qeyri adi məhkəmə" tamaşası təxminən 40 000 tamaşaçı qarşısında 106-cı dəfə narkotikanı, alkaqolu və QİÇS-i məhkumların qarşısında mühakimə edib: "Əgər narkotikanın, alkoqolun, QİÇS-in nə olduğunu 40 000 tamaşaçıdan 1000 nəfərə izah edə bilmişiksə... Demək Bakı Uşaq Teatrı Azərbaycanı bir o qədər potensial çinayətkardan xilas edə bilib".

Tamaşanın müəllifi Arzu Soltan, quruluşçu rejissoru isə İntiqam Soltandır.

Qvami Məhəbbətoğlu

DİGƏR XƏBƏRLƏR

Top