Bakı sərnişin-Zabrat-Sumqayıt sərnişin istiqamətində dəmir yolu təmir olunur

Bakı sərnişin - Zabrat - Sumqayıt sərnişin istiqamətində 29.2 km uzunluğunda dəmir yolu təmir olunur. Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ASC) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib. Bu gün Nərimanov-Bakı sərnişin mənzilində 1 km uzunluğunda yolun qoyuluşuna başlanılıb. Əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir. İşlər mərhələ-mərhələ aparılır.

Xatırladaq ki, Bakı sərnişin – Zabrat – Sumqayıt sərnişin dəmir yolunun əsaslı təmirinə 2016-cı il noyabr ayının 8-də start verilib. Bu günə kimi 5, 5 km yol qoyulub, eləcə də 5 dəst yoldəyişdirici qurğu quraşdırılıb.

Qeyd edək ki, bu yolun qoyuluşu başa çatandan sonra Bakı və Bakı ətrafı qəsəbə və kəndlərin əhalisinin, dəmir yolundan istifadə etməklə, nəqliyyat problemi, qismən də olsa, aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq.

DİGƏR XƏBƏRLƏR

Top