“Recep İvedik”: Bizdə qardaş ölkəmizə yanlış olmaz VİDEO

Şahan Gökbakar baş rolda oynadığı və ssenari müəlliflərindən biri olduğu “Recep İvedik 5” filminin qalmaqallı boks səhnəsi ilə bağlı açıqlama verib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aktyor boks səhnəsinin başqa yerlərə yozulmaması üçün filmdəki tam versiyasını paylaşaraq bildirib: “Biz məyus etmək üçün deyil, güldürmək üçün varıq. Bizdə qardaş ölkəmizə yanlış olmaz. Recep İvedikin ağzından çıxan sözlər nə imiş? Azərbaycandakı sevənlərimizlə qovuşmağa can atırıq. Hamınızı sevirəm”. Qeyd edək ki, Azərbaycanlı boksçunun iştirakı ilə baş tutan səhnə ölkəmizdə və Türkiyədə birmənalı qarşılanmayıb.

Recep

DİGƏR XƏBƏRLƏR

Top