Tütün məhsullarının idxalı 2 dəfə azalıb

2016-cı il ərzidə ölkəyə 1 milyard 322,1 milyon dollar dəyərində ərzaq məhsulları gətirilib ki, bunun 295,1 milyon dolları buğdanın, 135 milyonu meyvə-tərəvəzin, 152,7 milyon dolları şəkərin, 144,1 milyon dolları isə bitki və heyvan mənşəli piylər və yağların payına düşüb. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, 2015-ci illə müqayisədə buğda idxalı 18,2%, şəkər idxalı 25,3%, yağların idxalı 19,1%, meyvə-tərəvəzin idxalı isə 41,6% artıb. Həmçinin tütün və tütün məhsulları ilə əczaçılıq məhsulları da ən çox satın alınan məhsullar sırasında olub. Bu məhsulların ölkəmizə gətirilməsi üçün ötən bir ildə müvafiq olaraq 153,1 və 196,3 milyon dollar ödənilib. Son bir ildə tütün və tütün məmulatların idxalı dəyər ifadəsində 2 dəfəyə yaxın, əczaçılıq məhsullarının idxalı isə dəyər ifadəsində 27,5% azalıb.

DİGƏR XƏBƏRLƏR

Top