Moskvada ən çox hansı maşın qaçırılır?

Rusiyanın iri sığorta şirkətləri Moskvada ən çox qaçırılan avtomobillərin reytinqini tərtib edib. “Yeniavaz.az”ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, reytinq “Soqlasie”, “Alfasığorta”, “Renessans”, “Reso” və “ERQO” sığorta şirkətlərinin məlumatları əsasında hazırlanıb. Statistikaya əsasən, Moskvada ən çox “Toyota Camry” avtomobili oğurlanır. Reytinqdə sonrakı yerləri yolsuzluq avtomobilləri “Land Cruiser 200” və “Land Cruiser Prado”, eləcə də krossover “RAV4” tutur.

DİGƏR XƏBƏRLƏR

Top