“Yazıçı ikinci bir işlə də məşğul olmalıdır ki, ac qalmasın”

Budəfəki qonağımız ilk öncə şeirlərlə, daha sonra isə nəsrləri ilə ədəbiyyat sevərlərin sevgisini qazanan tanınmış yazıçı Şərif Ağayardır.

- Ədəbiyyyat sizin üçün gəlir mənbəyi sayılırmı?

- Yox. Təəssüf ki, belə deyil. İnsan o vaxt əsl peşəkara çevrilir ki, məşğul olduğu sənət onu dolandırır, gəlir gətirir. Bizdə və dünyanın bir çox yerində yazıçı ikinci bir işlə də məşğul olmalıdır ki, ac qalmasın. Ədəbiyyatdan gəlir götürən adamlar azdır. Ciddi ədəbiyyatdan götürənlər isə ümumiyyətlə azdır.

- Yazıçı kimi Azərbaycan ədəbiyyatında sizi qane etməyən nədir?

- Mühit yoxdur. Bunu mümkün qədər bir saytın ətrafında yatarmağa çalışırıq, amma tək bizimlə bağlı məsələ deyil. Sağlam mühitimiz yoxdur. Hər şey məqsədli xarakter daşıyır və imitasiyaya oxşayır. Səmimi ortam, ciddi və obyektiv müzakirələr çox azdır. Ədsəbiyyata qazanc vasitəsi kimi çoxu baxır. Bayaq dediyimiz, ədəbiyyatdan qazanc götürmək başqa, onu qazanc üsuluna çevirmək başqa. Ancaq müsbət tərəflər də var. On il əvvəllə müqayisədə kitaba, xüsusən irihəcmli nəsr əsərlərini maraq artıb, gənclər oxuyurlar, filmlərə baxırlar. Ədəbiyyat saytlarının bu işdə danılmaz rolu var. Yeni nəsilə seçim etməkdə kömək durmaq vacib şərtdir.

- Əvvəl şeirlə başlamısınız, indisə, nəsr yazırsınız, şeir yazanlar nə səbəbə nəsrə keçirlər?

- Nə yazmaq önəmli deyil, yaxşı yazmaq önəmlidir. Məncə, mən nəsrdə özümü daha yaxşı və daha estetik ifadə edə bilirəm.

- Kitablarınız satılırmı, yoxsa sizdə təqdimat keçirib oxucuya məcburi pulla satırsınız?

- Məcbur deməyək… Cəmi ikicə dəfə kitab təqdimatı eləmişəm. Sizə deyim, bax bu məcbur sözünə görə belə tədbirlərdən qaçıram. Kitablar alınır, oxunur, ancaq qənaət bəxş səviyyədə deyil. Əgər kitab çapında tirajımız mini keçmirsə vəziyyət aydındır.

- Saytlarda çap edilən xarici ədəbiyyatlardan tərcümələr, məşhur yazarların müsahibələri marağı artıra bilirmi ədəbiyyata?

- Artıra bilir, əlbəttə.

-Şeir, hekayə müsabiqələri keçrilir, şəffaf keçrilirmi, münasibətiniz necədi?

- Əsasən yox. Amma obyektivləri də var. Misal üçün, Nəsimi mükafatı, yaradıcılıq fondunun müsabiqələri və s.

- Gənclərdən kimi oxuyursunuz, (gündəlik təmasda olmayan yazarlar)?

- Hamını izləməyə çalışıram. Bütün əsərlərini oxumasam da az-çox hamısından xəbərim var. Maraqlı imzalar həmişə olduğu kimi yenə də var. Mühit olsa yetişəcəklər.

- Son illərin ən uğurlu yazıçıları kimləri hesab edirsiniz?

- Nobel laureatları.

- Ədəbiyyatdan nə vaxtsa imtina edib yeni peşə seçməyi sınamaq istəyi varmı sizdə?

- Çətin.

- Biz inkişafdayıq, yoxsa yazılmayan çox şeir, hekayə, roman var?

- Yazılmayanlar həmişə daha çox olur.

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top