Terror aktına yazdığı şərh onu futbolsuz qoydu

Türkiyənin ən böyük şəhəri İstanbulun gecə klubunda baş verən terror aktının üzərindən az müddət keçib. İçərisində Azərbaycan vətəndaşı olan və 39 nəfərin dünyasının dəyişdiyi terror hadisəinə yazdığı şərh türkiyəli futbol hakiminin karyerasının sona çatması ilə yekunlaşıb. Süleyman Bəlli adlı referi olaydan sonra sosial şəbəkədə bu sözləri yazıb.”Elə bilirdiniz Şaxta baba yalnız hədiyyə gətirir, içdiyiniz spirtli içkiləri o biri dünyada köməyinizə gələcək”. Paylaşımdan sonra Türkiyə Futbol Federasiyası Süleyman Bəllinin lisenziyasının əlindən alındığını açıqlayıb.Sportfm.az

DİGƏR XƏBƏRLƏR

Top