Hansı ölkənin iqtisadiyyatı daha çox inkişaf edəcək? - İNFOQRAFİKA

Bu il Azərbaycanda iqtisadi artım tempi 1,2% təşkil edəcək. "Yeniavaz.com" xəbər verir ki, bu barədə məlumat Dünya Bankı tərəfindən açıqlanıb. Bankın məlumatında qeyd edilir ki, Azərbaycan bu artımla keçmiş SSR-i ölkələri arasında yalnız Belarusdan öndə olub. Belə ki, Belarusda iqtisadi artım tempi -0,5% təşkil edəcək. Ən yüksək artım tempi Özbəkistanda olacaq. Bu ölkədə iqtisadi artım 7,4% olacaq. Ümumiyyətlə bu ölkədə qarşıdacı 3 ildə iqtisadi inkişaf səviyyəsi dəyişməz qalacaq. İkinci sırada olan Türkmənistanda artım tempi bu il üçün 6,5%, 2018-ci ildə 6,8%, 2019-cu ildə 7% olacaq. Qonşu Gürcüstanda iqtisadi artım tempi bu il 5,2%, gələn il 5,3%, 2019-cu ildə isə 7% olacaq. Başqa bir qonşumuz Ermənistanda iqtisadi artım tempi Azərbaycanla müqayisədə 2 dəfədən çox 2,7% təşkil edəcək. Sonrakı illərdə müvafiq olaraq 3% və 3,2% olacaq. Siyahıda Azərbaycandan bir pillə irəlidə olan Rusiyada isə iqtisadi inkişaf səviyyəsi 1,5% həddində olacaq. Məlumat üçün qeyd edək ki, Azərbaycanda gələn il və 2019-cu illər üçün iqtisadi inkişaf tempi 2,3% təşkil edəcək.

DİGƏR XƏBƏRLƏR

Top