Donald Tramp: "İŞİD-i Obama höküməti yaradıb"

ABŞ prezidenti seçilmiş Donald Tramp, İŞİD-i Obama hökümətinin yaratdığını bildirib. "Yeniavaz.com" xarici KİV-ə istinadən xəbər verir ki, Tramp şirkətlərinin idarəsini oğullarına tapşırıb. Tramp prezident seçildikdən sonra Nyu Yorkda təşkil etdiyi mətbuat konfransında, Rusiyanın ABŞ seçkilərinə müdaxilə etməsi, şəxsi həyatı və iqtisadi vəziyyəti haqqında həssas bilgilərə sahib olduğu iddiaları və şirkətin gələcəyi ilə bağlı sualları cavablandırıb.

Tramp bildirib ki, Rusiya ilə heç bir razılaşması olmayıb: "Biz Rusiya ilə yaxşı əlaqə qurmaq istəyirik. Putinin məni sevməsi də bizim üçün ayrı dəyərdir. İŞİD-i indiki ABŞ höküməti yaradıb, Rusiya isə İŞİD-lə mübarizə aparır".

DİGƏR XƏBƏRLƏR

Top