Sabit Bağırov: "2017-ci ildə neftin qiyməti 60 dolları keçməyəcək"

Ötən həftə neftin qiyməti 58 dollara yaxınlaşsa da, indi onun əksi olan proses müşahidə edilir. Bəs neftin qiymətinin bu cür dəyişməsi nə ilə əlaqədardır? Bununla əlaqədar "Yeniavaz.com"un sualına cavabında tanınmış iqtisadçı Sabit Bağırov dünya bazarında neftin qiymətinin qalxması və düşməsinin ABŞ-ın satışa şist neftini çıxarması ilə bağlı olduğunu qeyd etdi. Onun sözlərinə görə, ABŞ dünya bazarında neftn qiymətinin qalxmasında maraqlı deyil və bu amil Vaşinqtonun daha çox siyasi ambisiyalarının müdafiəsini önə çıxarması ilə bağlıdır: "OPEK üzvü olan və olmayan əksər ölkələrin neft hasilatını azaltmaq barədə qəbul etdikləri qərardan sonra dünya bazarında neftin qiyməti yenidən qalxmağa başladı. ABŞ isə buna yol verməmək üçün şist neftini dünya bazarına çıxardı. Bu da neftin qiymətinin yenidən düşməsinə səbəb olub. ABŞ-da şist neftinin hasilatı 40-45 dollara başa gəlirsə, onu bu qiymətdən bir az yuxarı satmaq gəlir gətirir. Qeyd etdiyim kimi neftin yenidən qiymətinin düşməsi də ABŞ-ın məhz bazara şist nefti çıxarması ilə əlaqədardır. Belə hesab edirəm ki, bütün hallarda 2017-ci ildə dünya bazarında neftin qiyməti 60 dolları keçməyəcək",-dedi.

Əziz Mustafa

DİGƏR XƏBƏRLƏR

Top