Tuna balığı 1 milyon manatdan baha satılıb

Yaponiyanın paytaxtı Tokyoda 212 kq-lıq tuna balığı 633 min dollara (1120853 manat) satılıb. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İngiltərənin "Guardian" qəzetinin xəbərinə görə, Yaponiyanın şimalında Omo sahillərində tutulan nəhəng balıq, "Sussi Zanmai" restoranlar şəbəkəsinin sahibi Kiyoşi Kimura tərəfindən satın alınıb. Hərracda satışa çıxarılan balıq restoran sahibləri tərəfindən yaxşı reklam fürsəti kimi dəyərləndirilir. Buna görə rəqəmlər yükəsk olur.

DİGƏR XƏBƏRLƏR

Top